Azərbaycan kikboksçusu Həsən Allahyarov Macarıstanın paytaxtı Budapeştdə keçirilən WAKO Dünya Kubokunda uğurlu nəticə göstərib.
İdman.Biz xəbər verir ki, yeniyetmələr arasında LK (Low Kick) üzrə 71 kq çəki dərəcəsində mübarizə aparan idmançı bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub.
WAKO-nun rəsmi statistikasına əsasən, 15 yaşlı Həsən Allahyarovun hesabında üç qələbə və məğlubiyyət yoxdur.
Qeyd edək ki, yarış 27-31 avqust tarixlərində təşkil edilib.
