Azərbaycanın gənc kikboksçusu Amin Quliyev İndoneziyada keçirilən “Byon Madness 5” döyüş gecəsində növbəti qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasının milli komandasının üzvü olan peşəkar idmançı oktyabrın 3-də Bandung şəhərindəki “Bandung Arena”da rinqə çıxıb.
67 kq çəki dərəcəsində mübarizə aparan Quliyevin rəqibi Mərakeş əsilli, Fransanı təmsil edən peşəkar döyüşçü Hakim Bahha olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın sonunda hakimlər qələbəni Azərbaycan təmsilçisinə veriblər.
