Eduard Məmmədov Avropa çempionatında iki qızıl medal qazandı

13 Noyabr 2026 11:43
59
Eduard Məmmədov Avropa çempionatında iki qızıl medal qazandı

Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında iki qızıl medal qazanıb.

İdman.Biz xəbər verir ki, 63 kq çəki dərəcəsində çıxış edən idmançı “Master Class” kateqoriyasında “Light Contact” və “Kick Light” növlərində birinci yeri tutub.

O, “Light Contact” versiyasında italiyalı La Mantia Alessandro və portuqaliyalı Kortes Emanuelini məğlub edərək qızıl mükafata sahib çıxıb.

E.Məmmədov “Kick Light” versiyasında isə macar Hasz Marton və La Mantia Alessandroya qalib gələrək ümumilikdə 13-cü dəfə Avropa çempionu olub.

İdman.Biz