Kikboksinq üzrə Azərbaycanın böyüklərdən ibarət milli komandası Avropa çempionatında iştirak etmək üçün Şimali Makedoniyaya yola düşüb.
İdman.Biz xəbər verir ki, yığmamız noyabrın 6-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Skopye şəhərinə yola salınıb.
Azərbaycan Kikboksinq Federasiyasının milli komandası qitə birinciliyində yüksək nəticələr əldə etmək və ölkəmizi layiqincə təmsil etmək uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Avropa çempionatı noyabrın 6-dan 15-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.
