Azərbaycan Kikboksinq Federasiyasının yeniyetmə və gənclərdən ibarət yığma komandası İtaliyanın Jesolo şəhərində keçirilən Dünya Çempionatında uğurlu çıxış edib.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçiləri mundialda ümumilikdə 16 medal qazanıblar. Onlardan 10-u qızıl, 4-ü gümüş, 2-si isə bürünc olub.
Gənclər arasında Mayılzadə Əli (57 kq, Low Kick), Əsədov Adil (54 kq, K1) və İbrahimli Gülgəz (48 kq, Low Kick) qızıl medal əldə ediblər. Nəcəfov Əli (+91 kq, Low Kick) isə gümüş medala sahib olub.
Yeniyetmələr arasında Mahmudzadə Hüseyn (42 kq, Low Kick), Quliyev Seymur (45 kq, Low Kick), Əmirli Hüseyn (45 kq, K1), Əliyev Nizami (48 kq, Full Contact), Allahyarlı Ayxan (54 kq, K1), Məmmədov Cəmil (42 kq, K1) və Rzayev Eldar (75 kq, Low Kick) dünya çempionu olublar.
Aşirov Kamil (42 kq, K1) və Allahyarov Həsən (67 kq, Low Kick) gümüş, Məmmədli Tamerlan (81 kq, K1) və Hadiyev Həzrət (71 kq, Low Kick) isə bürünc medal qazanıblar. Tatamidə Şirinov Atabəy (37 kq, Kick Light) gümüş medala sahib olub.
Komanda yarışlarda baş məşqçi Hakim Hacıyevin rəhbərliyi altında iştirak edib. Məşqçilər Elşən İsayev, Əsgər Rəhimov, Əli Cəfərov, Ayaz Mehdiyev, Rüstəm Rüstəmov, Qəzənfər Yazımov və Orxan Əkbərli də yığmaya dəstək olublar.
Azərbaycanlı hakimlərdən Anar Məmmədov yarışların ən yaxşı rinq hakimi seçilib, Fatimə Şükürlü isə B kateqoriyası hakimlik dərəcəsi alıb.
Federasiyanın vitse-prezidenti Eduard Məmmədov da yarışlar zamanı Azərbaycan komandasının yanında olub.
