Azərbaycan Kikboksinq Federasiyası və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə sentyabrın 11-də Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində şəhidlərin əziz və unudulmaz xatirəsinə həsr olunmuş kikboksinq üzrə yoldaşlıq turniri keçiriləcək.
İdman.Biz xəbər verir ki, tədbirdə idmançılarla yanaşı, şəhid ailələri, qazilər, məşqçilər və ictimaiyyət nümayəndələri də iştirak edəcəklər.
Turnirin keçirilməsində əsas məqsəd şəhidlərin əziz xatirəsini ehtiramla yad etmək, onların qəhrəmanlıq salnaməsini gənc nəslə çatdırmaq, gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək və sağlam həyat tərzini təbliğ etməkdir.
.
