Azərbaycanın kikboksinq məşqçisi Avropa çempionatında ikinci dəfə ilin ən yaxşısı seçilib - FOTO

17 Noyabr 2026 14:41
32
Azərbaycanın kikboksinq məşqçisi Avropa çempionatında ikinci dəfə ilin ən yaxşısı seçilib

Azərbaycanın yeniyetmə və gənclərdən ibarət kikboksinq üzrə milli komandasının baş məşqçisi, Əməkdar məşqçi və Prezident mükafatçısı Hikmət Hacıyev növbəti uğura imza atıb.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə baş məşqçinin özü məlumat verib.

Bildirilib ki, o, Şimali Makedoniyanın Skopye şəhərində keçirilən 2026-cı il WAKO Avropa çempionatında ikinci dəfə “Ən yaxşı məşqçi” mükafatına layiq görülüb.

Qeyd edək ki, mükafat Hacıyevə WAKO Avropanın prezidenti Espen Lund tərəfindən təqdim olunub.

İdman.Biz