“Bakı çempionatında 100-dən çox kikboksçu qadının iştirakı xoş sürpriz oldu” - Elşən Abdulrəhimovun İDMAN.BİZ-ə AÇIQLAMASI

29 Aprel 2026 16:44
160
“Bakı çempionatında 100-dən çox kikboksçu qadının iştirakı xoş sürpriz oldu” - Elşən Abdulrəhimovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Hövsan Olimpiya İdman Kompleksində Bakı üzrə kikboksinq çempionatı başa çatıb.

Yarışın nəticələrini barədə İdman.Biz-ə Azərbaycan Kikboksinq Federasiyasının birinci vitse-prezidenti Elşən Abdulrəhimov danışıb.

“Bu turnir Bakı İdman Klubunun dəstəyi ilə təşkil olundu və ilk növbədə kütləviliyi ilə yadda qaldı. Paytaxt çempionatında 613 idmançı iştirak etdi, onlardan 100-dən çoxu qadın idi. Düzünü desəm, bu mənim üçün xoş sürpriz oldu, çünki hər valideyn qızını döyüş idman növünə yönləndirməyə razı olmur”, – deyə Federasiya rəsmisi bildirib.

Elşən Abdulrəhimov qeyd edib ki, kikboksinq ölkədə qadınların ən çox cəlb olunduğu döyüş idman növlərindən biridir: “Sevindirici haldır ki, bu idman növündə qadınların iştirakı ilə bağlı heç vaxt problem olmayıb”.

O əlavə edib ki, turnirdə həm böyüklər, həm də gənc yaş qrupları üzrə yarışlar keçirilib və bu, kikboksinqə marağın yüksək olduğunu bir daha göstərib.

İdman.Biz