Bu gün futbol üzrə 2026 Dünya Çempionatına start veriləcək.
İdman.Biz xəbər verir ki, turnirin açılış oyununda ev sahiblərindən Meksika millisi Cənubi Afrika Respublikası yığmasını qəbul edəcək. Paytaxt Mexiko şəhərində yerləşən “Mexico City Stadiumda” stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü braziliyalı FIFA referisi Vilton Sampayo idarə edəcək.
Meksika və Cənubi Afrika millisinin yer aldığı A qrupunda Koreya və Çexiya yığmaları da var.
İlk dəfə 48 komandanın iştirakı ilə keçiriləcək dünya çempionatı üçün ümumilikdə 1248 futbolçu sifariş edilib.
Qeyd edək ki, turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
