Qadın futbol millimiz Şimali Makedoniyaya qalib gəlib - YENİLƏNİB + VİDEO

9 İyun 2026 23:14
990
Qadın futbol millimiz Şimali Makedoniyaya qalib gəlib

Azərbaycan qadın futbol millisi Dünya Çempionatı-2027-nin seçmə mərhələsində qrupda sonuncu oyununa çıxıb.

İdman.Biz bildirir ki, yığmamız Şimali Makedoniya ilə qarşılaşıb.

Oyun 3:1 hesabı ilə Azərbaycan komandasının xeyrinə qurtarıb. Komandanın qollarını Kristina Bakarandze (8), Manə Mollayeva (28), Nigar Mirzəliyeva (37) vurublar. Şimali İrlandiyada Hava Mustafa (11) fərqlənib.

Qeyd edək ki, qrupda Macarıstan 16 xalla birinci, Azərbaycan 12 xalla ikinci, Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə yer alıb.

10:50

Azərbaycan qadın futbol millisi Dünya Çempionatı-2027-nin seçmə mərhələsində həlledici oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda səfərdə Şimali Makedoniya yığması ilə qarşılaşacaq.

Görüş Bitola şəhərindəki "Petar Miloşevski" stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Qarşılaşmanın baş hakimi Gürcüstan təmsilçisi Teona Sturua olacaq.

Son tur ərəfəsində C Liqasının üçüncü qrupunda Macarıstan 13 xalla liderdir və birinci yeri təmin edib. Azərbaycan doqquz xalla ikinci pillədə qərarlaşıb. Şimali Makedoniya altı xalla üçüncü, Andorra isə bir xalla dördüncü sıradadır.

Bitoladakı qələbə Azərbaycan millisinin xalını 12-yə çatdıracaq və pley-off mərhələsinə yüksəlmək şansını saxlayacaq.

Reqlamentə əsasən, C Liqasından pley-offa altı qrup qalibi və ən yaxşı göstəriciyə malik iki ikinci yer sahibi vəsiqə qazanır. Buna görə də millimizin taleyi təkcə Şimali Makedoniya ilə oyunun nəticəsindən yox, digər qruplarda ikinci yeri tutan komandaların göstəricilərindən də asılı olacaq.

Qeyd edək ki, qadınlar arasında Dünya Çempionatı-2027 Braziliyada keçiriləcək.

İdman.Biz