“Fiorentina” “Yuventus”un müdafiəçisini icarəyə götürə bilər

26 İyul 2026 00:15
76
“Fiorentina” “Yuventus”un müdafiəçisini icarəyə götürə bilər

"Yuventus"un müdafiəçisi Joao Mario icarə əsasında "Fiorentina"ya keçə bilər.

İdman.Biz bu barədə jrnalist Canluka Di Marzioya istinadən bildirir.

Mənbənin məlumatına görə, klublar 8-9 milyon avroya almaq imkanı ilə icarə müqaviləsi barədə fəal müzakirələr aparırlar. Portuqaliyalı futbolçu fevral ayından bəri "Bolonya"da icarədədir.

Joao Mario "Porto"nun gənclər sisteminin yetirməsidir. Ötən mövsüm 26 yaşlı müdafiəçi bütün klub yarışlarında 28 oyunda meydana çıxıb, iki qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 8 milyon avrodur.

İdman.Biz