“Yuventus” yoldaşlıq oyununda "Standard”ı minimal hesabla məğlub edib

26 İyul 2026 00:33
98
“Yuventus” yoldaşlıq oyununda "Standard”ı minimal hesabla məğlub edib

Belçikanın "Standard" və İtaliyanın "Yuventus" komandaları arasında keçirilən yoldaşlıq oyunu başa çatıb.

İdman.Biz bildirir ki, oyun Turin klubunun 1:0 hesablı qələbəsi ilə bitib.

"Yuventus"un yarımmüdafiəçisi Fabio Miretti oyunun yeganə qolunu 55-ci dəqiqədə vurub.

"Standard" ötən mövsüm Belçika liqasının turnir cədvəlində 30 oyundan 40 xal toplayaraq səkkizinci yeri tutub.

"Yuventus" 2025/26 mövsümündə İtaliya A Seriyasının turnir cədvəlində altıncı yeri tutub. 2025/26 UEFA Çempionlar Liqasında Turin klubu 1/16 finala yüksəlib və burada Türkiyənin "Qalatasaray" komandasına məğlub olub.

İdman.Biz