Bu gün futbol üzrə millimiz San Marino ilə qarşılaşacaq

9 İyun 2026 09:12
137
Bu gün futbol üzrə millimiz San Marino ilə qarşılaşacaq

Bu gün Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası ikinci yoldaşlıq matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv San Marino yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Macarıstanın Sombatxey şəhərində yerləşən “Haladaş” stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçın baş hakimi macarıstanlı Marton Ruş olacaq.

Qeyd edək ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Maltaya iki cavabsız qolla məğlub olub.

İdman.Biz