Artıq bu həftə dünyanın ən möhtəşəm futbol hadisəsi - 2026-cı il dünya çempionatı start götürəcək.
İdman.Biz xəbər verir ki, turnir iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Açılış oyunu iyunun 11-də Mexikodakı əfsanəvi "Astek" stadionunda baş tutacaq. Meksika millisi Cənubi Afrika Respublikası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu, tarixdə ilk dəfə 48 milli komandanın iştirak edəcəyi dünya çempionatı olacaq. Əsas dəyişiklik turnirin formatı ilə bağlıdır. İştirakçılar hərəsində dörd komanda olmaqla 12 qrupa bölünəcəklər. Hər yığma qrup mərhələsində üç oyun keçirəcək. Qələbəyə görə 3, heç-heçəyə görə 1, məğlubiyyətə görə isə 0 xal veriləcək.
DÇ-2026-da ümumilikdə 104 oyun keçiriləcək ki, bu da Qətərdə təşkil olunan əvvəlki mundialdan 40 oyun çoxdur. Pley-off mərhələsinə 32 komanda yüksələcək. Hər qrupun ilk iki pilləsini tutan komandalarla yanaşı, üçüncü yeri tutan ən yaxşı səkkiz yığma da növbəti mərhələyə vəsiqə qazanacaq.
Turnirin genişləndirilməsi səbəbindən pley-off mərhələsi artıq 1/8 finaldan deyil, 1/16 finaldan başlayacaq. Finala qədər irəliləyən komandalar çempionluq yolunda əvvəlki yeddi deyil, səkkiz oyun keçirməli olacaqlar.
Xallar bərabər olduğu halda yerlərin müəyyənləşdirilməsinə xüsusi diqqət yetiriləcək. İki və ya daha çox komanda eyni sayda xal topladıqda ilk növbədə onların öz aralarındakı oyunların nəticələri nəzərə alınacaq. Bu zaman xallar, top fərqi və vurulan qollar əsas meyar olacaq. Bərabərlik davam edərsə, ümumi top fərqi, vurulan qolların sayı, "fair-play" göstəricisi və FIFA reytinqi nəzərə alınacaq. Daha yüksək reytinqə malik komanda üstün sayılacaq.
Üçüncü yeri tutan komandalar arasında ən yaxşı səkkiz yığmanın müəyyənləşdirilməsi üçün isə qrupdakı bütün oyunlarda qazanılan xallar, ümumi top fərqi, vurulan qollar, "fair-play" reytinqi və FIFA reytinqindəki mövqe əsas götürüləcək.
Pley-off mərhələsində əsas vaxt heç-heçə başa çatarsa, iki hissədən ibarət olmaqla 15 dəqiqəlik əlavə vaxt oynanılacaq. Qalib müəyyənləşməzsə, penaltilər seriyası təyin olunacaq.
Komandaların iştirak ərizələri Qətər-2022-də olduğu kimi geniş saxlanılıb. Hər milli komanda 23-dən 26-dək futbolçu sifariş edə biləcək. Onlardan minimum üçü qapıçı olmalıdır. Hər oyun üçün matç protokoluna maksimum 26 oyunçu daxil edilə bilər: 11 əsas heyət üzvü və 15 ehtiyat futbolçu.
DÇ-2026-da vaxtın qəsdən uzadılmasına qarşı yönəlmiş vacib qaydalar da qüvvədə olacaq. Qapıçı topu əlində səkkiz saniyədən artıq saxlaya bilməyəcək. Bu limit aşılarsa, rəqib komanda künc zərbəsi qazanacaq.
Həmçinin aut və qapı zərbələrinin yerinə yetirilməsi zamanı vizual geri sayım sistemi tətbiq olunacaq. Komanda oyunu vaxtında bərpa etməzsə, top rəqibə verilə bilər. Qapı zərbəsinin gecikdirilməsi halında isə rəqibin lehinə künc zərbəsi təyin olunacaq.
Digər yenilik əvəzetmələrlə bağlıdır. Dəyişdirilən futbolçu xəbərdarlıqdan sonra 10 saniyə ərzində meydanı tərk etməlidir. Əgər o, vaxtı uzatmağa çalışarsa, onu əvəz edən oyunçu dərhal meydana daxil ola bilməyəcək və oyun vaxtı ilə bir dəqiqə keçdikdən sonra ilk fasiləni gözləməli olacaq.
Bundan əlavə, meydanda tibbi yardım göstərilən futbolçu müəyyən istisnalar xaricində bir dəqiqə müddətinə meydanı tərk etməli olacaq.
VAR sisteminin rolu da əhəmiyyətli dərəcədə genişləndirilir. Video köməkçilər açıq şəkildə səhv verilmiş ikinci sarı vərəqədən sonra göstərilən qırmızı vərəqələrdə, futbolçunun səhv identifikasiya olunması hallarında, həmçinin bəzi hallarda səhv təyin olunmuş künc zərbələri ilə bağlı epizodlarda müdaxilə edə biləcəklər. Bunun üçün epizodun tez yoxlanılması və oyunun bərpasının gecikdirilməməsi tələb olunur.
Turnir tarixdəki ən texnoloji mundiallardan biri olacaq. Dünya çempionatında təkmilləşdirilmiş yarıavtomatik ofsayd müəyyənləşdirmə sistemi tətbiq ediləcək. Bu sistem açıq ofsayd vəziyyətlərini daha sürətlə müəyyənləşdirəcək və məlumatı birbaşa meydandakı hakimlərə ötürəcək.
Qərarların daha dəqiq verilməsi məqsədilə futbolçuların 3D modelləri hazırlanıb. Bu texnologiya həm VAR sistemində, həm də televiziya tamaşaçıları üçün mübahisəli epizodların vizuallaşdırılmasını yaxşılaşdıracaq.
Yeniliklərdən biri də hakimlərin üzərində yerləşdirilən kameralardır. Bu kameralar yayım zamanı bəzi epizodları hakimin baxış bucağından göstərməyə imkan verəcək və tamaşaçılara hadisələri birinci şəxsin gözü ilə izləmək effekti yaradacaq.
FIFA bütün 48 milli komanda üçün Football AI Pro sistemini də tətbiq edəcək. Bundan əlavə, hər stadionda 16 optik kamera quraşdırılacaq. Bu kameralar hər oyun ərzində 150 milyondan çox məlumat nöqtəsi toplayacaq. Bu məlumatlar ofsaydların təhlili, mübahisəli epizodların araşdırılması və 3D təkrarların hazırlanmasına kömək edəcək.
Ayrı-ayrı tədbirlər futbolçuların davranışlarına da aiddir. IFAB rəqiblərlə münaqişə zamanı ağzını əli ilə örtən futbolçulara qırmızı vərəqə göstərilməsini təsdiqləyib. Bu, diskriminasiya xarakterli ifadələrin gizlədilməsi cəhdi kimi qiymətləndirilə bilər.
Hakimin qərarına etiraz əlaməti olaraq meydanı tərk edən futbolçular da qırmızı vərəqə ala biləcəklər. Həmçinin komandanı bu addıma təşviq edən rəsmi şəxslər də cəzalandırılacaqlar.
Turnirdə FIFA-nın antiirqçilik protokolu da qüvvədə olacaq. Futbolçular irqçi təhqirlərlə üzləşdikdə hakimə xüsusi jestlə – qollarını bilək hissəsində çarpazlaşdırmaqla müraciət edə biləcəklər.
Bu siqnal üçmərhələli proseduru işə salacaq: əvvəlcə oyun dayandırılacaq, daha sonra müvəqqəti olaraq təxirə salına bilər və insident davam edərsə, qarşılaşma tamamilə ləğv olunacaq.
Matçöncəsi mərasim də dəyişəcək. Artıq yalnız əsas heyət deyil, oyunun iştirak ərizəsinə daxil edilən bütün futbolçular himnlər səsləndirilərkən meydana çıxacaq və mərkəz dairəsinin ətrafında toplaşacaqlar. FIFA bunu bütün tribunalardakı azarkeşlər üçün nəzərdə tutulmuş yeni "360 dərəcəlik mərasim" adlandırır.
Azarkeşlər üçün də yeni qaydalar müəyyənləşdirilib. FIFA təkrar istifadə olunan butulkaların, həmçinin vuvuzela və digər yüksək səsli qurğuların stadionlara gətirilməsini qadağan edib.
Bununla yanaşı, ABŞ və Kanadada keçiriləcək oyunlarda azarkeşlərə həcmi 590 millilitrdən çox olmayan, qapağı açılmamış birdəfəlik plastik su qabını stadiona keçirmək icazəsi veriləcək.
Beləliklə, DÇ-2026 yalnız iştirakçıların və oyunların sayına görə deyil, həm də yenilənmiş reqlamenti ilə tarixə düşəcək. Genişləndirilmiş format, yeni pley-off sistemi, texnoloji həllər, hakim kameraları, vaxt uzatmalarına qarşı tədbirlər və əlavə intizam mexanizmləri qarşıdakı mundialı futbol tarixinin ən qeyri-adi turnirlərindən birinə çevirə bilər.
DÇ-2026-nın qrup mərhələsinin oyun cədvəli (Bakı vaxtı ilə tarix və saatlar):
A qrupu
Meksika
CAR
Cənubi Koreya
Çexiya
1-ci tur
Meksika – CAR (Mexiko, 11 iyun, 23:00)
Cənubi Koreya – Çexiya (Qvadalaxara, 12 iyun, 06:00)
2-ci tur
Çexiya – CAR (Atlanta, 18 iyun, 20:00)
Meksika – Cənubi Koreya (Qvadalaxara, 19 iyun, 05:00)
3-cü tur
Çexiya – Meksika (Mexiko, 25 iyun, 05:00)
CAR – Cənubi Koreya (Monterrey, 25 iyun, 05:00)
B qrupu
Kanada
Bosniya və Herseqovina
Qətər
İsveçrə
1-ci tur
Kanada – Bosniya və Herseqovina (Toronto, 12 iyun, 23:00)
Qətər – İsveçrə (San-Fransisko Bey Eriya, 13 iyun, 23:00)
2-ci tur
İsveçrə – Bosniya və Herseqovina (Los-Anceles, 18 iyun, 23:00)
Kanada – Qətər (Vankuver, 19 iyun, 02:00)
3-cü tur
İsveçrə – Kanada (Vankuver, 24 iyun, 23:00)
Bosniya və Herseqovina – Qətər (Sietl, 24 iyun, 23:00)
C qrupu
Braziliya
Mərakeş
Haiti
Şotlandiya
1-ci tur
Braziliya – Mərakeş (Nyu-York/Nyu-Cersi, 14 iyun, 02:00)
Haiti – Şotlandiya (Boston, 14 iyun, 05:00)
2-ci tur
Şotlandiya – Mərakeş (Boston, 20 iyun, 02:00)
Braziliya – Haiti (Filadelfiya, 20 iyun, 05:00)
3-cü tur
Şotlandiya – Braziliya (Mayami, 25 iyun, 02:00)
Mərakeş – Haiti (Atlanta, 25 iyun, 02:00)
D qrupu
ABŞ
Paraqvay
Avstraliya
Türkiyə
1-ci tur
ABŞ – Paraqvay (Los-Anceles, 13 iyun, 05:00)
Avstraliya – Türkiyə (Vankuver, 13 iyun, 08:00)
2-ci tur
ABŞ – Avstraliya (Sietl, 19 iyun, 23:00)
Türkiyə – Paraqvay (San-Fransisko Bey Eriya, 20 iyun, 07:00)
3-cü tur
Türkiyə – ABŞ (Los-Anceles, 26 iyun, 06:00)
Paraqvay – Avstraliya (San-Fransisko Bey Eriya, 26 iyun, 06:00)
E qrupu
Almaniya
Kurasao
Kot-d’İvuar
Ekvador
1-ci tur
Almaniya – Kurasao (Hyuston, 14 iyun, 21:00)
Kot-d’İvuar – Ekvador (Filadelfiya, 15 iyun, 03:00)
2-ci tur
Almaniya – Kot-d’İvuar (Toronto, 20 iyun, 23:59)
Ekvador – Kurasao (Kanzas-Siti, 21 iyun, 04:00)
3-сü tur
Kurasao – Kot-d’İvuar (Filadelfiya, 25 iyun, 23:59)
Ekvador – Almaniya (Nyu-York/Nyu-Cersi, 25 iyun, 23:59)
F qrupu
Niderland
Yaponiya
İsveç
Tunis
1-ci tur
Niderland – Yaponiya (Dallas, 14 iyun, 23:59)
İsveç – Tunis (Monterrey, 15 iyun, 06:00)
2-ci tur
Tunis – Yaponiya (Monterrey, 20 iyun, 08:00)
Niderland – İsveç (Hyuston, 20 iyun, 21:00)
3-cü tur
Yaponiya – İsveç (Dallas, 26 iyun, 03:00)
Tunis – Niderland (Kanzas-Siti, 26 iyun, 03:00)
G qrupu
Belçika
Misir
İran
Yeni Zelandiya
1-ci tur
Belçika – Misir (Sietl, 15 iyun, 23:00)
İran – Yeni Zelandiya (Los-Anceles, 16 iyun, 05:00)
2-ci tur
Belçika – İran (Los-Anceles, 21 iyun, 23:00)
Yeni Zelandiya – Misir (Vankuver, 22 iyun, 05:00)
3-cü tur
Misir – İran (Sietl, 27 iyun, 07:00)
Yeni Zelandiya – Belçika (Vankuver, 27 iyun, 07:00)
H qrupu
İspaniya
Kabo-Verde
Səudiyyə Ərəbistanı
Uruqvay
1-ci tur
İspaniya – Kabo-Verde (Atlanta, 15 iyun, 20:00)
Səudiyyə Ərəbistanı – Uruqvay (Mayami, 16 iyun, 02:00)
2-ci tur
İspaniya – Səudiyyə Ərəbistanı (Atlanta, 21 iyun, 20:00)
Uruqvay – Kabo-Verde (Mayami, 22 iyun, 02:00)
3-cü tur
Kabo-Verde – Səudiyyə Ərəbistanı (Hyuston, 27 iyun, 04:00)
Uruqvay – İspaniya (Qvadalaxara, 27 iyun, 04:00)
I qrupu
Fransa
Seneqal
İraq
Norveç
1-ci tur
Fransa – Seneqal (Nyu-York/Nyu-Cersi, 16 iyun, 23:00)
İraq – Norveç (Boston, 17 iyun, 02:00)
2-ci tur
Fransa – İraq (Filadelfiya, 23 iyun, 01:00)
Norveç – Seneqal (Nyu-York/Nyu-Cersi, 23 iyun, 04:00)
3-cü tur
Norveç – Fransa (Boston, 26 iyun, 23:00)
Seneqal – İraq (Toronto, 26 iyun, 23:00)
J qrupu
Argentina
Əlcəzair
Avstriya
İordaniya
1-ci tur
Avstriya – İordaniya (San-Fransisko Bey Eriya, 16 iyun, 08:00)
Argentina – Əlcəzair (Kanzas-Siti, 17 iyun, 05:00)
2-ci tur
Argentina – Avstriya (Dallas, 22 iyun, 21:00)
İordaniya – Əlcəzair (San-Fransisko Bey Eriya, 23 iyun, 07:00)
3-cü tur
Əlcəzair – Avstriya (Kanzas-Siti, 28 iyun, 06:00)
İordaniya – Argentina (Dallas, 28 iyun, 06:00)
K qrupu
Portuqaliya
Konqo DR
Özbəkistan
Kolumbiya
1-ci tur
Portuqaliya – Konqo DR (Hyuston, 17 iyun, 21:00)
Özbəkistan – Kolumbiya (Mexiko, 18 iyun, 06:00)
2-ci tur
Portuqaliya – Özbəkistan (Hyuston, 23 iyun, 21:00)
Kolumbiya – Konqo DR (Qvadalaxara, 24 iyun, 06:00)
3-cü tur
Kolumbiya – Portuqaliya (Mayami, 28 iyun, 03:30)
Konqo DR – Özbəkistan (Atlanta, 28 iyun, 03:30)
L qrupu
İngiltərə
Xorvatiya
Qana
Panama
1-ci tur
İngiltərə – Xorvatiya (Dallas, 17 iyun, 23:59)
Qana – Panama (Toronto, 18 iyun, 03:00)
2-ci tur
İngiltərə – Qana (Boston, 23 iyun, 23:59)
Panama – Xorvatiya (Toronto, 24 iyun, 03:00)
3-cü tur
Panama – İngiltərə (Nyu-York/Nyu-Cersi, 28 iyun, 01:00)
Xorvatiya – Qana (Filadelfiya, 28 iyun, 01:00)
DÇ-2026 pley-off mərhələsinin cədvəli
İşarələr:
1A – A qrupunun qalibi
2A – A qrupunun ikincisi
3A – A qrupunun üçüncüsü
M73 – 73-cü oyun
W73 – M73 oyununun qalibi
L101 – M101 yarımfinalının məğlubu
1/16 final
M73: 2A – 2B
M74: 1E – A/B/C/D/F qrupları arasındakı ən yaxşı 3-cü yer
M75: 1F – 2C
M76: 1C – 2F
M77: 1I – C/D/F/G/H qrupları arasındakı ən yaxşı 3-cü yer
M78: 2E – 2I
M79: 1A – C/E/F/H/I qrupları arasındakı ən yaxşı 3-cü yer
M80: 1L – E/H/I/J/K qrupları arasındakı ən yaxşı 3-cü yer
M81: 1D – B/E/F/I/J qrupları arasındakı ən yaxşı 3-cü yer
M82: 1G – A/E/H/I/J qrupları arasındakı ən yaxşı 3-cü yer
M83: 2K – 2L
M84: 1H – 2J
M85: 1B – E/F/G/I/J qrupları arasındakı ən yaxşı 3-cü yer
M86: 1J – 2H
M87: 1K – D/E/I/J/L qrupları arasındakı ən yaxşı 3-cü yer
M88: 2D – 2G
1/8 final
M89: W74 – W77
M90: W73 – W75
M91: W76 – W78
M92: W79 – W80
M93: W83 – W84
M94: W81 – W82
M95: W86 – W88
M96: W85 – W87
1/4 final
M97: W89 – W90
M98: W93 – W94
M99: W91 – W92
M100: W95 – W96
Yarımfinal
M101: W97 – W98
M102: W99 – W100
3-cü yer uğrunda oyun
M103: L101 – L102
Final
M104: W101 – W102
Qeyd: Cədvəldə M (Match) oyun nömrəsini, W (Winner) həmin oyunun qalibini, L (Loser) isə həmin oyunun məğlubunu ifadə edir. Məsələn, W73 – 73-cü oyunun qalibi, L101 isə 101-ci oyunun məğlubudur.
