Kuman: “İsti havaya uyğunlaşmalı olacağıq”

11 İyun 2026 04:05
16
Kuman: “İsti havaya uyğunlaşmalı olacağıq”

Niderland millisinin baş məşqçisi Ronald Kuman DÇ-2026-da hava şəraitini daim müzakirə etməyin mənasız olduğunu bildirib.

İdman.Biz bildirir ki, turnir 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

“Turnirə mümkün olan ən yaxşı fiziki vəziyyətdə başlamağa çalışırıq. Buna görə də əvvəlcə Nyu-Yorka, sonra isə Kanzasa getdik. Havanın isti olduğunu bilirik, amma temperatur və ya nə qədər çətin olacağı barədə daim danışmağın mənası yoxdur.

Oyunçuları mümkün qədər yaxşı hazırlamaq üçün əlimizdən gələni edirik. Şəraitə uyğunlaşmalıyıq. Həmçinin, ilk növbədə futbola diqqət yetirməli və bazar günü keçiriləcək ilk oyuna hazır olduğumuzdan əmin olmalıyıq”, - deyə De Telegraaf Kumanın sözlərini sitat gətirib.

Niderland turnirdəki ilk oyununu 14 iyunda ABŞ-ın Arlinqton şəhərində Yaponiyaya qarşı keçirəcək.

İdman.Biz