“Sumqayıt” “Kəpəz”lə heç-heçə edib - YENİLƏNİB

26 İyul 2026 21:34
1 084
“Sumqayıt” “Kəpəz”lə heç-heçə edib - YENİLƏNİB

“Sumqayıt” futbol komandası Qəbələ təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

İdman.Biz xəbər verir ki, “Sumqayıt” “Kəpəz”lə qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb.

12:28

“Sumqayıt” futbol komandası təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, komanda bu gün “Kəpəz”lə qarşılaşacaq.

Görüş Qəbələ şəhər stadionunda keçiriləcək və saat 18:00-da başlayacaq.

İdman.Biz