Yeni mövsümə hazırlıqlarının bir hissəsi olaraq, “Qəbələ” və “Şəfa” futbol klubları yoldaşlıq oyunu keçiriblər.
İdman.Biz-in məlumatına görə, oyun bu gün Qəbələ Şəhər Stadionunda baş tutub.
İlk hissə qolsuz başa çatıb. 60-cı dəqiqədə İsaak Amoah “Qəbələ”yə üstünlük qazandırsa da, ev sahibləri üstünlüyünü qoruya bilməyiblər. Oyunun sonlarına yaxın, 86-cı dəqiqədə “Şəfa”dan İsmayıl Zülfüqarlı penaltidən hesabı bərabərləşdirib.
Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.
