Futbol üzrə Azərbaycan İkinci Liqasında 11-ci tura bu gün yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, turun son qarşılaşmasında “Dinamo” və “Şəmkir” komandaları üz-üzə gələcəklər.
Görüş saat 14:00-da start götürəcək.
Azərbaycan İkinci Liqası
11-ci tur
17 noyabr
14:00. “Dinamo” - “Şəmkir”
Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Nahid Xasıyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Binə qəsəbə stadionu.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Marafon” “Şəki”ni 5:0, “Ağstafa Gəncləri” “Difai”ni 3:0, “Şirvan” “Ağdaş”ı 5:0, “Qaradağ Lökbatan” “Kür-Araz”ı 7:1 hesabı ilə məğlub edib, “Zəngəzur” isə “Hypers”lə görüşdə (2:2) xal itirib.
