U-17 futbol millimiz Litva ilə heç-heçə edib

17 Noyabr 2026 16:26
28
U-17 futbol millimiz Litva ilə heç-heçə edib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi 2026/2027 mövsümündə Avropa çempionatının seçmə mərhələsinin birinci raundunda növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Emin Mustafayevin baş məşqçi olduğu komanda Litvanın müvafiq yaş qrupundan olan yığması ilə üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. 65-ci dəqiqədə Rəsul Balakişiyev bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, U-17 daha əvvəl Şimali İrlandiya (0:4) və Almaniyaya (0:7) məğlub olub.

İdman.Biz