Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino qarşıdan gələn 2026-cı il dünya çempionatının oyunlarına biletlərin qiyməti ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz xarici KİV-ə istinadən xəbər verir ki, FIFA rəhbəri qiymətlərin ABŞ-də keçirilən digər nüfuzlu idman yarışlarının pley-off mərhələlərindən daha aşağı olduğunu bildirib.
“Dünya çempionatının oyunlarına biletlərin qiyməti ABŞ-də digər idman növləri üzrə bütün pley-off mərhələlərinin qiymətlərindən aşağıdır. Biletləri satışa təqdim etdikdə onlar daha yüksək qiymətə satılır. Bu da hər şeyin düzgün hesablandığını göstərir. Belə qərarlar hərtərəfli təhlildən sonra qəbul olunur”, – deyə İnfantino bildirib.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirin hazırkı qalibi Argentina millisidir.
