Qurban Qurbanov azarkeşin arzusunu gerçəkləşdirib - FOTO

11 İyun 2026 20:00
644
Qurban Qurbanov azarkeşin arzusunu gerçəkləşdirib

Uzun müddətdir “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla görüşmək arzusu olan azarkeş klubun bazasında qonaq edilib.

İdman.Biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı xüsusi qonağa klubun forması təqdim olunub. Akif adlı azarkeş baş məşqçi və futbolçularla bir araya gələrək xatirə şəkilləri çəkdirib.

İdman.Biz