“Turan Tovuz” “Fatih Karagümrük”lə yoxlama oyununda heç-heçə etdi - YENİLƏNİB

27 İyul 2026 20:10
775
“Turan Tovuz” “Fatih Karagümrük”lə yoxlama oyununda heç-heçə etdi

“Turan Tovuz” Türkiyə toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

İdman.Biz xəbər verir ki, I Liqa təmsilçisi “Fatih Karagümrük”lə qarşılaşan Kurban Berdıyevin rəhbərlik etdiyi klub 1:1 hesablı heç-heçə edib.

“Turan Tovuz”un yeganə qoluna İbrahima Vadji imza atıb.

Tovuz komandası daha əvvəl İranın 21 yaşlılardan ibarət yığması ilə üz-üzə gəlib və həmin matç da 1:1 hesabı ilə başa çatıb.

12:11

Bu gün yeni mövsümə hazırlığını Ankarada davam etdirən “Turan Tovuz” futbol klubu ikinci yoxlama matçına çıxacaq.

İdman.Biz xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi komanda Türkiyənin “Fatih Karagümrük” klubu ilə üz-üzə gələcək.

Birinci Liqa təmsilçisi ilə qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, “Turan Tovuz” Ankara toplanışı çərçivəsində keçirdiyi ilk yoxlama oyununda İranın U-21 yığması ilə 1:1 hesablı heç-heçə edib.

İdman.Biz