“Ağstafa Gəncləri” “Şəki”yə rəhm etmədi: Bir futbolçudan 5 qol

1 Noyabr 2026 21:26
105
“Ağstafa Gəncləri” “Şəki”yə rəhm etmədi: Bir futbolçudan 5 qol

Futbol üzrə Azərbaycan İkinci Liqasında doqquzuncu tura start verilib.

İdman.Biz xəbər verir ki, turun açılış qarşılaşmasında “Ağstafa Gəncləri” doğma meydanda “Şəki”ni qəbul edib.

Görüş meydan sahiblərinin 11:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Ağstafa Gəncləri”nin heyətində Elçin Qasımov beş qol vuraraq matçın ən məhsuldar futbolçusu olub. O, 7, 29, 34, 42 və 63-cü dəqiqələrdə fərqlənib. Qasımov ikinci qolunu penaltidən vurub.

Elgün Namazov isə dubla imza atıb. O, 13 və 89-cu dəqiqələrdə rəqib qapısına yol tapıb. Meydan sahiblərinin digər qollarını 8 və 44-cü dəqiqədə Cavid İmamverdiyev, 54-cü dəqiqədə Yunis Hüseynov vurub. 16-cı dəqiqədə isə “Şəki”nin futbolçusu Firuz Osmanov topu öz qapısından keçirib.

Qonaqların yeganə qolunun müəllifi 58-ci dəqiqədə fərqlənən Elgün Hacıbabayev olub.

İdman.Biz