Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
İdman.Biz AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun ikinci mərhələsində keçiriləcək “Göztəpə” (Türkiyə) - “AZ Alkmaar” (Niderland) qarşılaşmasında hakim-inspektor vəzifəsini yerinə yetirəcək.
Noyabrın 3-də baş tutacaq görüşə Türkiyənin İzmir şəhərindəki “Bornova” stadionu ev sahibliyi edəcək.
