Azərbaycan Premyer Liqasının 10-cu turunda “Neftçi”yə 2:3 hesabı ilə məğlub olan “Şamaxı” futbol komandasının baş məşqçisi Azər Bağırov qarşılaşmadan sonra fikirlərini bölüşüb.
İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında oyunun maraqlı alındığını bildirib.
“Uşaqlar üçün çox böyük təcrübə oldu. Qarşılaşma gözlədiyimiz kimi, “Neftçi”nin təzyiqi ilə başladı. Amma futbolçularım bunu aradan qaldırdılar. İlk yarıda bir neçə yüzfaizlik qol epizodumuz oldu. Təəssüf ki, fürsətləri dəyərləndirib hesabda önə keçə bilmədik. Daha güclü və hazırlıqlı olmalıyıq. Meydançada hər şey olacaq. Bütün təzyiqlərə sinə gərməliyik. “Neftçi”ni qələbə münasibətilə təbrik edirəm”, - deyə Bağırov bildirib.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Şamaxı” 13 xalla qalıb, “Neftçi” isə xal ehtiyatını 21-ə çatdıraraq liderliyə yüksəlib.
