Eldar Tağızadə “Bistritsa”nın qələbəsində mühüm rol oynadı

1 Noyabr 2026 21:59
91
Eldar Tağızadə “Bistritsa”nın qələbəsində mühüm rol oynadı

Sloveniyanın “Bistritsa” futbol komandasının azərbaycanlı qapıçısı Eldar Tağızadə ölkə çempionatında növbəti uğurlu oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Sloveniya İkinci Liqasının 13-cü turunda “Bistritsa” doğma meydanda “Krşko”nu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycanlı qolkiper görüşün bütün 90 dəqiqəsini meydanda keçirib və qapısını toxunulmaz saxlayaraq komandasının qələbəsində mühüm rol oynayıb.

Bu nəticədən sonra “Bistritsa” xallarının sayını 23-ə çatdırıb. Komanda Sloveniya İkinci Liqasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb.

İdman.Biz