“Union” və “Köln” arasında keçirilən Bundesliqa matçında heç-heçə

1 Noyabr 2026 20:34
103
“Union” və “Köln” arasında keçirilən Bundesliqa matçında heç-heçə

Almaniyanın “Union Berlin” və “Köln” futbol komandaları Bundesliqanın səkkizinci turunda qalibi müəyyənləşdirə bilməyiblər.

İdman.Biz xəbər verir ki, Berlində keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Meydan sahibləri 10-cu dəqiqədə hesabı açıblar. Yanik Haberer Tim Skarkenin ötürməsindən sonra dəqiq zərbə ilə komandasını önə keçirib.

Hesabda üstünlük qazanan “Union Berlin” oyuna nəzarəti qorumağa çalışıb. “Köln” isə bərabərlik qolunu vurmaq üçün hücumlarını artırıb.

Qonaqlar 79-cu dəqiqədə istəklərinə çatıblar. Malek El-Mala Alessio Kastro-Montesin ötürməsindən yararlanaraq hesabı bərabərləşdirib.

Qalan dəqiqələrdə komandaların heç biri fərqlənə bilməyib və qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Heç-heçədən sonra “Köln”ün xalları doqquza çatıb və komanda turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. “Union Berlin” isə yeddi xalla 16-cı yerdədir.

İdman.Biz
Məqalədə: