Avropa Liqası: Kişi voleybolçulardan ibarət millimiz meydan sahiblərinə uduzub - YENİLƏNİB

12 İyun 2026 21:49
998
Avropa Liqası: Kişi voleybolçulardan ibarət millimiz meydan sahiblərinə uduzub

Azərbaycanın kişi voleybolçulardan ibarət yığması Avropa Liqasında növbəti oyununu keçirib.

İdman.Biz xəbər verir ki, Boris Qrebennikovun baş məşqçi olduğu kollektiv Rumıniya ilə qarşılaşıb.

Görüş rumınların 3:0 (25:23, 25:12, 25:7) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu mərhələnin oyunları Rumıniyanın Mioveni şəhərində təşkil olunur. Azərbaycan millisi növbəti oyununu sabah İspaniyaya qarşı keçirəcək.

09:39

Bu gün Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Gümüş Avropa Liqasında ilk oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Boris Qrebennikovun komandası Rumıniya ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu mərhələnin oyunları Rumıniyanın Mioveni şəhərində təşkil olunacaq. Azərbaycan millisi növbəti oyununu sabah İspaniyaya qarşı keçirəcək.

İdman.Biz