“Aston Villa” tarixində ilk dəfə UEFA Avropa Liqasını qazanıb - YENİLƏNİB + VİDEO

21 May 2026 00:52
1 217
“Aston Villa” tarixində ilk dəfə UEFA Avropa Liqasını qazanıb

“Aston Villa” UEFA Avropa Liqasının finalında “Frayburq”u darmadağın edib.

İdman.Biz bildirir ki, oyun 3:0 hesabı ilə İngiltərə klubunun xeyrinə qurtarıb.

Beləliklə, "Aston Villa" tarixində ilk dəfə UEFA Avropa Liqasının qalibi olub.

00:19

“Aston Villa” “Frayburq”la oyunda daha bir qol vurub.

İdman.Biz xəbər verir ki, 58-ci dəqiqədə Morqan Rocers hesab arasındakı fərqi artırıb - 3:0.

23:49

“Aston Villa” “Frayburq”la oyunda daha bir qol vurub.

İdman.Biz xəbər verir ki, 45+3-cü dəqiqədə Emiliano Buendia hesab arasındakı fərqi artırıb.

23:44

UEFA Avropa Liqasının finalında “Aston Villa” “Frayburq”la oyunda irəli çıxıb.

İdman.Biz bildirir ki, 41-ci dəqiqədə Yuri Tilemans hesabı açıb - 1:0.

23:00

İstanbulda 2025/26 UEFA Avropa Liqasının finalı keçirilir.

İdman.Biz-in məlumatına görə, turnirin həlledici matçında Almaniyanın “Frayburq” klubu “Beşiktaş Park”da İngiltərənin “Aston Villa” klubu ilə qarşılaşır.

Oyunun hakimi fransız Fransua Leteksyedir.

09:24

Almaniyanın “Frayburq” futbol komandası UEFA Avropa Liqasının 55-ci finalında İngiltərənin “Aston Villa” futbol komandası ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, həlledici oyun bu gün Türkiyənin İstanbul şəhərindəki “Beşiktaş Park” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu duel Avropa Liqasında mövsümün son və ən vacib matçı olacaq. “Frayburq” tarixində ilk dəfə qitə miqyaslı finalda mübarizə aparacaq. “Aston Villa” isə uzun fasilədən sonra (1982-ci il) UEFA turnirlərində həlledici oyun həyəcanı yaşayacaq.

Finalın qalibi yalnız UEFA Avropa Liqasının kubokuna sahib çıxmayacaq, həm də 2026/2027 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

Matçı Fransadan olan referi Fransua Leteksye idarə edəcək.

İdman.Biz