“Barselona” yay transfer pəncərəsi öncəsi hücumçu Ferran Torres, yarımmüdafiəçi Mark Kasado və müdafiəçi Hektor Fortu müxtəlif klublara təklif edir.
İdman.Biz-in xəbərinə görə, bu barədə insayder Matteo Moretto məlumat verib.
“Blaugrana” heyətini gücləndirə biləcək oyunçular əldə etmək üçün vəsait toplamağı hədəfləyir.
Bu mövsüm Torres bütün yarışlarda 48 oyunda meydana çıxıb, 21 qol vurub və iki məhsuldar ötürmə edib. Kasado 33 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Fort sentyabr ayından bəri “Elçe”də icarədədir. O, 16 oyunda iştirak edib, üç qol vurub və iki məhsuldar ötürmə edib.
