“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopez İspaniya La Liqasının 37-ci turunda “Betis” üzərində 3:1 hesablı qələbə qazandıqları oyunda aldığı zədədən sonra əməliyyat olunub.
İdman.Biz-in məlumatına görə, bu barədə xəbəri komandanın mətbuat xidməti paylaşıb.
“Birinci heyət oyunçusu Fermin Lopez sağ ayağında beşinci metatarsal sümüyünü sındırdıqdan sonra əməliyyat olunub. Bərpa müddəti oyunçunun bundan sonrakı vəziyyətindən asılı olacaq” – “Barselona”nın X sosial şəbəkə hesabında paylaşılan relizində bildirilir.
Əvvəllər futbolçunun 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək Dünya Çempionatında iştirak edə bilməyəcəyi qeyd olunurdu.
Bu mövsüm yarımmüdafiəçi klubun heyətində bütün yarışlarda 48 oyun keçirib, 13 qol vurub və 17 məhsuldar ötürmə edib.
