Seriya A: “Napoli” Çempionlar Liqasında iştirakını rəsmiləşdirib - YENİLƏNİR - VİDEO

17 May 2026 16:20
363
Seriya A: “Napoli” Çempionlar Liqasında iştirakını rəsmiləşdirib - YENİLƏNİR - VİDEO

İtaliyanın “Napoli” futbol komandası A Seriyasının 37-ci turunda vacib qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, Antonio Kontenin komandası səfərdə “Piza”nı 3:0 hesabı ilə məğlub edib. Bu nəticə Neapol təmsilçisinin növbəti mövsüm Çempionlar Liqasında iştirakını rəsmiləşdirib.

Qonaqlar ilk hissədə üstünlüyünü iki qolla möhkəmləndirib. 10-cu dəqiqədə Skott Maktominey hesabı açıb. Daha sonra Amir Rrahmani fərqi artırıb və “Napoli” fasiləyə rahat üstünlüklə yollanıb.

İkinci hissədə Kontenin komandası oyunu nəzarətdə saxlayıb. “Napoli” topa daha çox sahib olub, lakin hücumda artıq riskə getməyib. Buna baxmayaraq, görüşün sonlarında Rasmus Hoylunn komandasının üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra “Napoli” 37 oyuna 73 xalla A Seriyasında ikinci pillədəki mövqeyini qoruyub. “Piza” isə daha əvvəl elitadan düşməklə barışıb və 20-ci yerdə qalıb.

16:07

İtaliyanın “Roma” futbol komandası A Seriyasının 37-ci turunda paytaxt derbisində “Latsio”ya qalib gəlib.

İdman.Biz xəbər verir ki, Romanın “Olimpiko” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Roma”nın hər iki qolunu Canluka Mançini vurub. Müdafiəçi 40-cı dəqiqədə hesabı açıb, 66-cı dəqiqədə isə künc zərbəsindən sonra ikinci dəfə fərqlənərək dubl edib.

Bu nəticədən sonra “Roma” 37 oyuna 70 xal toplayıb. Komanda A Seriyasının turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. “Latsio” isə 51 xalla doqquzuncu sıradadır.

Sonuncu turda “Roma” səfərdə “Verona” ilə qarşılaşacaq. “Latsio” isə öz meydanında “Piza”nı qəbul edəcək. A Seriyasının 38-ci turunun oyunları 24 mayda keçiriləcək.

Eyni turda “Komo” öz meydanında “Parma”nı qəbul edib. Meydan sahibləri görüşün birinci hissəsində üstünlüyə malik olsalar da, həlledici tamamlayıcı zərbə çatışmayıb. Lakin ikinci hissənin əvvəlində “Parma”nın müdafiəsi səhvə yol verib. “Komo” məhsuldar hücum təşkil edib və bundan sonra Alberto Moreno qol vurub.

“Komo” aktivinə 68-ci xal yazdırıb. Klub A Seriyasının turnir cədvəlində beşinci pillədədir. “Parma”nın 42 xalı qalıb. Komanda 13-cü sırada qərarlaşıb.

Paralel keçən oyunda “Cenoa” öz meydanında “Milan”la qarşılaşıb. Bu matçın birinci hissəsində heç kim qol vura bilməyib. Lakin ikinci hissədə vəziyyət dəyişib. 51-ci dəqiqədə Kristofer Nkunkunun penaltini dəqiq yerinə yetirməsindən sonra “rossonerilər” hesabı açmağa müvəffəq olub. 81-ci dəqiqədə qonaqların heyətində Zakari Atekame qol vurub. “Cenoa”nın heyətində isə bu görüşdə son nöqtəni Xoan Vaskes qoyub.

“Rossonerilər” bu qələbədən sonra xallarının sayını 70-ə çatdırıb və A Seriyasının turnir cədvəlində üçüncü pillədə qərarlaşıb. “Cenoa”nın aktivində 41 xal var və komanda 14-cü sıradadır.

37-ci turun digər matçında “Yuventus” “Fiorentina”nı qəbul edib. Turində tabloda sıfırlar 34-cü dəqiqəyədək qalıb, daha sonra Ndur Florensiya təmsilçisini önə keçirib.

“Qoca sinyora” hesabı bərabərləşdirmək üçün irəli atılıb və rəqib qapısı qarşısında müntəzəm olaraq təhlükəli vəziyyətlər yaradıb. 70-ci dəqiqədə meydan sahibləri qol vursalar da, VAR-ın müdaxiləsindən sonra qeydə alınan oyundankənar vəziyyətə görə qol hesaba alınmayıb.

83-cü dəqiqədə “Fiorentina” ikinci qolu təşkil edib - Mandraqora fərqlənib. Az sonra top yenidən “Yuventus”un qapısından keçib, lakin bu dəfə də qol oyundankənar vəziyyətə görə ləğv olunub.

Yekun hesab - 0:2. “Fiorentina” (41 xalla 15-ci pillə) turnir motivasiyası olmadan belə səfərdə “Yuventus”a qalib gəlib və bu, sensasiya olub. “Qoca sinyora” 68 xalla üçüncü yerdən altıncı pilləyə enib və Çempionlar Liqasından kənarda qalmaq riski ilə üzləşib.

İdman.Biz