İtaliyanın “Yuventus” futbol komandasının hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
İdman.Biz “Mundo Deportivo”ya istinadən xəbər verir ki, “Arsenal” serbiyalı forvardın vəziyyətini yaxından izləyən klublardan biridir. London təmsilçisi 26 yaşlı futbolçunu azad agent kimi heyətinə qatmaq variantını nəzərdən keçirir. Vlahoviçin “Yuventus”la müqaviləsi iyulun 1-də başa çatır.
Mənbəyə görə, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqlar nəticə verməyib. Vlahoviçin “Yuventus”un illik beş milyon funtluq təklifini qəbul etmədiyi, daha yüksək maaş tələb etdiyi bildirilir. Bu səbəbdən onun yayda Turin klubundan pulsuz ayrılması ehtimalı artır.
“Arsenal”la yanaşı, “Bavariya”, “Barselona” və “Atletiko Madrid” də futbolçunun durumunu izləyir.
Cari mövsümdə serbiyalı hücumçu İtaliya çempionatında 17 oyunda beş qol vurub.
