Azərbaycan Premyer Liqası: “Şamaxı” “Turan Tovuz” ilə üz-üzə

16 May 2026 09:00
178
Azərbaycan Premyer Liqası: “Şamaxı” “Turan Tovuz” ilə üz-üzə

Bu gün futbol üzrə Misli Premyer Liqasının 32-ci turunun oyunu “Şamaxı” “Turan Tovuz” arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 17:00-da start götürəcək turun qarşılaşmasını Ruslan Quliyev idarə edəcək.

“Şamaxı” 35 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alıb. 59 xala malik “Turan Tovuz” isə üçüncüdür.

Misli Premyer Liqası
Üçüncü dövrə, 32-ci tur
16 may (şənbə)
17:00. “Şamaxı” - “Turan Tovuz”

Hakimlər: Ruslan Quliyev, Eyyub İbrahimov, Teymur Teymurov, Rəvan Həmzəzadə.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Şamaxı şəhər stadionu

Qeyd edək ki, tura mayın 17-də yekun vurulacaq.

İdman.Biz