“Pari Sen-Jermen”in (PSJ) baş məşqçisi Luis Enrike ailə biznesində rəhbər vəzifəni həyat yoldaşına həvalə edib.
İdman.Biz xəbər verir ki, söhbət onun çalışdırdığı klubdan deyil, şəxsi holdinq şirkətindən gedir.
Şirkət artıq “Lupasi Gestion Empresarial” adı ilə fəaliyyət göstərir. Holdinqin tərkibinə daşınmaz əmlak, atçılıq və maliyyə idarəçiliyi sahələrində çalışan müxtəlif qurumlar daxildir.
“Vanitatis” nəşrinin 2024-cü ildə yaydığı məlumata görə, ispaniyalı mütəxəssisin aktivlərinin ümumi dəyəri 27 milyon avroya yaxındır. Bildirilir ki, Luis Enrikenin həyat yoldaşı Elena Kulyel uzun müddətdir biznesin idarə olunmasında ona yardım edir.
İqtisadi təhsilə və geniş idarəçilik təcrübəsinə malik olan Elena Kulyel artıq şirkətin əsas rəhbəri kimi fəaliyyət göstərəcək.
