Azərbaycanın qadın güləşçiləri Bolqarıstanda keçirilən U-17 Avropa çempionatında yarımfinal görüşlərinə çıxıblar.
İdman.Biz xəbər verir ki, Nuray Cəfərli (46 kq) yarımfinalda polşalı Yuliya Palkayla, Fatimə Bayramova (53 kq) isə macarıstanlı Mariya Jitovozla mübarizə aparıb.
Cəfərli rəqibinə 0:3, Bayramova isə 0:10 hesabı ilə məğlub olublar.
Hər iki güləşçimiz sabah bürünc medallar uğrunda güləşəcək.
Güləşçimiz Simurə Abdullayevanın (69 kq) 1/4 finalda məğlub olduğu türkiyəli Kıymet Tezcan finala yüksəldiyi üçün təmsilçimiz sabah təsəlliverici görüşə çıxacaq.
17:20
Azərbaycanın qadın güləşçilərinin Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında yarımfinal görüşlərindəki rəqibləri müəyyənləşib.
İdman.Biz xəbər verir ki, Nuray Cəfərli (46 kq) yarımfinalda polşalı Yuliya Palkayla, Fatimə Bayramova (53 kq) isə macarıstanlı Mariya Jitovozla mübarizə aparacaq.
Gülxanım Şirinova (40 kq) 1/4 final mərhələsində rusiyalı Zlata Koreşovaya 3:12 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yarımfinal görüşləri bu gün Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
14:24
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında mübarizə aparıblar.
İdman.Biz xəbər verir ki, Nuray Cəfərli (46 kq) macarıstanlı Vivyen Sentpala 7:3 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Digər təmsilçimiz Fatimə Bayramova (53 kq) ukraynalı Kamilla Pihora üzərində 6:3 hesablı qələbə qazanaraq yarımfinala vəsiqə əldə edib.
Simurə Abdullayeva (69 kq) 1/4 finalda Türkiyə təmsilçisi Kıymet Tezcanaya 6:17 hesabı ilə məğlub olub.
Fidan Babayeva (61 kq) isə 1/8 finalda İsveçrə təmsilçisi Inez Airaksinenə “tuş”la uduzub.
13:21
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvü Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında uğurla çıxış edib.
İdman.Biz zəvər verir ki. idmançımız Fatimə Bayramova (53 kq) Türkiyə təmsilçisi Ecrin Saliki “tuş”la məğlub edib.
Güləşçimiz F.Bayramova 1/4 finala yüksəlib.
12:46
Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatında uğurla çıxış ediblər.
İdman.Biz xəbər verir ki, Nuray Cəfərli (46 kq) Şimali Makedoniya təmsilçisi Frosina Atanasovanı “tuş”la məğlub edərək 1/4 finala yüksəlib.
Simurə Abdullayeva (69 kq) isə Bolqarıstan güləşçisi Natalia Tasevanı “tuş”la üstələyərək 1/4 final mərhələsinə vəsiqə qazanıb.
11:57
Bu gün Azərbaycanın qadın güləşi üzrə millisinin üzvləri Bolqarıstanın Samakov şəhərində keçirilən U-17 Avropa çempionatının dördüncü günündə mübarizəyə qoşulublar.
İdman.Biz xəbər verir ki, yarışda təmsilçilərimiz müxtəlif mərhələlərdə güclərini sınayacaqlar.
Təsnifat mərhələsində 46 kq çəki dərəcəsində Nuray Cəfərli Şimali Makedoniyalı Frosina Atanasova ilə qarşılaşacaq.
1/8 finalda 53 kq-da çıxış edən Fatimə Bayramova Rusiya təmsilçisi Malita Bolatova ilə Türkiyədən Ecrin Salık arasında baş tutacaq görüşün qalibi ilə üz-üzə gələcək.
Eyni mərhələdə 61 kq-da Fidan Babayeva Moldova idmançısı Lidia Ana Ungureanu və İsveç təmsilçisi Inez Ester Lea Airaksinen cütünün qalibi ilə qarşılaşacaq.
69 kq-da Simurə Abdullayeva Bolqarıstan güləşçisi Natalia Georgieva Taseva ilə gücünü sınayacaq.
1/4 finalda isə 40 kq çəki dərəcəsində Gülxanım Şirinova Rusiya təmsilçisi Zlata Koreshova ilə qarşılaşacaq.
Qeyd edək ki, yarış mayın 17-də başa çatacaq.
