Bu gün Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvləri Bolqarıstanın Samakov şəhərində keçirilən Avropa çempionatının üçüncü günündə mübarizəyə qoşulacaqlar.
İdman.Biz xəbər verir ki, yarışda təmsilçilərimiz müxtəlif mərhələlərdə güclərini sınayacaqlar.
Təsəlli görüşündə Hüseyn Mustafazadə (51 kq) İsveçrədən Tristan Bernetlə, Elmir Çərkəzov (60 kq) isə Avstriyadan Lionel Rijon Vinterlə üz-üzə gələcək.
Təsnifat mərhələsində Məryəm Əmrəli (57 kq) İtaliyadan Sara Servedio ilə qarşılaşacaq.
1/8 finalda isə Xədicə Qurbanzadə (49 kq) Polşadan Zuzanna Maja Ptakla, Nuray Həsənli (65 kq) isə Türkiyədən Bade Su Doğanla gücünü sınayacaq.
Qeyd edək ki, yarış mayın 17-də başa çatacaq.
