Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvləri Bolqarıstanın Samakov şəhərində keçirilən Avropa çempionatında növbəti görüşlərini keçiriblər.
İdman.Biz bildirir ki, Ömər Salmanov (48 kq) macarıstanlı Benedek Tombora tam üstünlüklə (9:0) qalib gələrək U17 Avropa çempionatının finalına yüksəlib.
Qurban Məcnunov (55 kq) da norveçli Abu Bakar Saqaya tam üstünlüklə (9:0) qalib gələrək U17 Avropa çempionatının finalına yüksəlib
14:18
Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvləri Bolqarıstanın Samakov şəhərində keçirilən Avropa çempionatında növbəti görüşlərini keçiriblər.
İdman.Biz xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən Zəka Yusubov 1/4 finalda Ukrayna təmsilçisi Danyil Melniçuka 3:4 hesabı ilə məğlub olub.
65 kq-da mübarizə aparan Orxan Həbibli də 1/4 final mərhələsində rusiyalı Aslan Dzuevə 4:8 hesabı ilə uduzub.
55 kq çəki dərəcəsində yarışan Qurban Məcnunov isə uğurlu çıxışı ilə diqqət çəkib. Güləşçimiz 1/4 finalda ukraynalı Raxman Qamidov üzərində tam üstünlüklü qələbə qazanıb - 11:2.
Bu nəticə ilə o, yarımfinal mərhələsinə yüksəlib.
Bundan əvvəl Ömər Salmanov (48 kq) da yarımfinala vəsiqə əldə etmişdi.
Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov (48 kq) Bolqarıstanın Samakov şəhərində keçirilən U-17 Avropa çempionatının yarımfinalında Macarıstan təmsilçisi Benedek Tomborla qarşılaşacaq.
Digər təmsilçimiz Qurban Məcnunov (55 kq) isə yarımfinal mərhələsində norveçli Abu Bakar Saqa ilə üz-üzə gələcək.
U-17 Avropa çempionatının yarımfinal görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Yarış mayın 17-də başa çatacaq.
13:52
Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvləri Bolqarıstanın Samakov şəhərində keçirilən Avropa çempionatında növbəti görüşlərini keçiriblər.
İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən Ömər Salmanov çexiyalı Simon Srit üzərində tam üstünlüklü qələbə qazanıb - 8:0.
Güləşçimiz bu nəticə ilə yarımfinal mərhələsinə yüksəlib.
110 kq-da mübarizə aparan Məhəmməd Mustafayev isə 1/8 finalda Ukrayna təmsilçisi Maksim Sokolyuka 0:9 hesabı ilə məğlub olub və turnirdə mübarizəni dayandırıb.
13:47
Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvləri Bolqarıstanın Samakov şəhərində keçirilən Avropa çempionatında növbəti qələbələrini qazanıblar.
İdman.Biz xəbər verir ki, 80 kq çəki dərəcəsində çıxış edən Zəka Yusubov rusiyalı Yeqor Kuropiatnikovu 7:6 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib.
65 kq-da mübarizə aparan Orxan Həbibli isə Bolqarıstan təmsilçisi Antoan Tsvetanov üzərində 7:1 hesablı qələbə qazanaraq 1/4 final mərhələsinə vəsiqə əldə edib.
Bundan əvvəl Ömər Salmanov (48 kq) və Qurban Məcnunov (55 kq) da 1/4 final mərhələsinə yüksəlmişdilər.
12:51
Azərbaycanın yunan-Roma güləşçisi Qurban Məcnunov (55 kq) Bolqarıstanın Samakov şəhərində U-17 Avropa çempionatında növbəti qələbəsini qazanıb.
İdman.Biz xəbər verir ki, idmançımız gürcüstanlı Giorgi Kedelidzeyə 5:3 hesabıyla qalib gəlib.
Bu nəticə ilə Q.Məcnunov 1/4 finala yüksəlib.
Bundan əvvəl Ömər Salmanov (48 kq) da 1/4 final mərhələsinə yüksəlmişdi.
12:36
Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvləri Bolqarıstanın Samakov şəhərində keçirilən Avropa çempionatında mübarizələrinə start veriblər.
İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində çıxış edən Ömər Salmanov ilk görüşündə Türkiyə təmsilçisi Şamil Şahan üzərində inamlı qələbə qazanıb - 8:1. Bu nəticə ilə idmançımız 1/4 final mərhələsinə yüksəlib.
55 kq-da mübarizə aparan Qurban Məcnunov Polşa güləşçisi Yakub Şkripçakı tam üstünlüklə məğlub edib - 9:0. Güləşçimiz 1/8 finala vəsiqə qazanıb.
80 kq çəkidə çıxış edən Zəka Yusubov isə Rumıniya təmsilçisi Robert Kukiureanı eyni qaydada tam üstünlüklə üstələyib - 8:0. O da 1/8 final mərhələsinə yüksəlib.
