Azərbaycan Premyer Liqası: “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı

9 May 2026 09:56
186
Azərbaycan Premyer Liqası: “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı

Bu gün futbol üzrə Misli Premyer Liqasının 31-ci turu çərçivəsində ikinci qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Sumqayıt” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Oyun saat 19:30-da başlayacaq. “Sumqayıt” 38 xalla turnir cədvəlinin yeddinci pilləsində yer alıb. 40 xala malik “Araz-Naxçıvan” isə altıncıdır.

Misli Premyer Liqası
Üçüncü dövrə, 31-ci tur
9 may (şənbə)
19:30. “Sumqayıt” - “Araz-Naxçıvan”

Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Tərlan Talıbzadə, Cavid Cəlilov
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Namiq Əliyev
M.H. adına Sumqayıt şəhər stadionu

Qeyd edək ki, tura mayın 10-da yekun vurulacaq.

İdman.Biz