“Liverpul”, Alisson Bekkerin yerinə “Pari Sen-Jermen”in qapıçısı Lukas Şevalyeni nəzərdən keçirir.
İdman.Biz bildirir ki, bu barədə jurnalist Ekrem Konur məlumat verib.
Mənbənin məlumatına görə, 24 yaşlı futbolçu Paris klubundan ayrıla bilər.
Alissonun “Yuventus”a potensial transferi barədə daha əvvəl məlumat yayılmışdı.
Fransız futbolçu 2025-ci ilin yayında PSJ ilə müqavilə imzalayıb. Şevalyenin klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 30 milyon avrodur.
