Konfrans Liqası: “Kristal Palas” və “Rayo Valyekano” ilk dəfə finala çıxıblar - YENİLƏNİB + VİDEO

8 May 2026 01:03
1 075
Konfrans Liqası: “Kristal Palas” və “Rayo Valyekano” ilk dəfə finala çıxıblar

UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

İdman.Biz bildirir ki, “Kristal Palas” İngiltərədə Ukraynanın “Şaxtyor Donetsk” komandasını qəbul edib. Matç 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə qurtarıb.

25-ci dəqiqədə Pedro Enrike Azevedo Pereyra avtoqol edərək İngiltərə klubu önə çıxarıb. 34-cü dəqiqədə Eginaldo hesabı bərabərləşdirib. 52-ci dəqiqədə İsmaila Sarr ingilislərin qələbə topunu vurub.

İlk oyunda da qələbə qazanan (3:1) "Kristal Palas" tarixində ilk dəfə Konfrans Liqasının finalına çıxıb.

Digər qarşılaşmada “Strasburq” Fransada “Rayo Valyekano” ilə münasibətlərə aydınlıq gətirib. Oyun 1:0 hesabı ilə İspaniya klubunun xeyrinə bitib. İlk oyunda da eyni hesabla qalib gələn "Rayo Valyekano" finala adlayıb.

Yeganə qolu 42-ci dəqiqədə Aleşandre Juravski vurub.

09:26

Bu gün futbol üzrə UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, raundun cavab oyunlarından sonra finalçılar bəlli olacaq.

“Kristal Palas” İngiltərədə Ukraynanın “Şaxtyor Donetsk” komandasını qəbul edəcək. Premyer Liqa təmsilçisi ilk matçda inamlı qalibiyyətə nail olub - 3:1.

Digər qarşılaşmada “Strasburq” Fransada İspaniya təmsilçisi “Rayo Valyekano” ilə münasibətlərə aydınlıq gətirəcək. İspanlar ilk oyunda minimalhesablı qələbə qazanıb - 1:0.

Hər iki görüş saat 23:00-da start götürəcək.

Qeyd edək ki, final matçı mayın 27-də Leyptsiq şəhərində təşkil olunacaq.

İdman.Biz