UEFA Avropa Liqasında yarlmfinal cütlüklərinin cavab oyunları keçirilib.
İdman.Biz bildirir ki, “Aston Villa” “Nottingem Forest”i qəbul edib. Oyun ev sahibi komandanın 4:0 hesablı qələbəsi ilə bitib.
Birminhemlilərin hücumçusu Olli Uotkins 36-cı dəqiqədə hesabı açıb. İkinci hissədə, 58-ci dəqiqədə hücumçu Emiliano Buendiya penaltidən “Aston Villa”nın ikinci qolunu vurub. 77-ci dəqiqədə ev sahibi komandanın yarımmüdafiəçisi Con Makginn hesabı 3:0 edib. Makginn 80-ci dəqiqədə ikinci qolunu vurub.
“Nottingem Forest” ilk oyunda 1:0 hesabı ilə qalib gəlmişdi. Beləliklə, “Aston Villa” Avropa Liqasının finalına vəsiqə qazanıb.
Digər yarımfinal oyununda “Frayburq” “Braqa”nı qəbul edib. Oyun ev sahibi komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
19-cu dəqiqədə ev sahibi komandanın müdafiəçisi Lukas Kübler hesabı açıb. Birinci hissənin sonlarında, 41-ci dəqiqədə yarımmüdafiəçi Yohan Manzambi “Frayburq”un ikinci qolunu vurub. İkinci hissədə, 72-ci dəqiqədə Lukas Kübler dubl edib. 79-cu dəqiqədə “Braqa”nın hücumçusu Pau Viktor fərqi azaldıb.
Portuqaliya komandası ilk oyunda 2:1 hesabı ilə qalib gəlmişdi. Beləliklə, “Frayburq” Avropa Liqasının finalına yüksəlib.
09:20
Bu gün futbol üzrə UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.
İdman.Biz xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Frayburq Almaniyada Portuqaliyanın “Braqa” komandasını sınağa çəkəcək. Portuqaliya təmsilçisi ilk görüşdə qələbə qazanıb - 2:1.
Digər matçda isə İngiltərə klubları münasibətlərə aydınlıq gətirəcəklər. İlk matçda “Nottinqem Forest”ə 0:1 hesabı ilə uduzan “Aston Villa” doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Qeyd edək ki, final oyunu mayın 20-də İstanbulda təşkil olunacaq.
