UEFA Çempionlar Liqası: “Arsenal” 20 ildən sonra yenidən finalda - YENİLƏNİB + VİDEO

6 May 2026 00:55
1 227
UEFA Çempionlar Liqası: “Arsenal” 20 ildən sonra yenidən finalda

UEFA Çempionlar Liqasının yarımfinalında “Arsenal”la “Atletiko Madrid” arasında cavab oyunu bitib.

İdman.Biz bildirir ki, oyun 1:0 hesabı ilə İngiltərə klubunun xeyrinə qurtarıb. İlk oyun heç-heçə (1:1) başa çatdığından "Arsenal" finala vəsiqə qazanıb. “Arsenal” bu mövsüm Çempionlar Liqasında bir dəfə də olsun məğlub olmayıb - 11 qələbə, üç heç-heçə.

London klubu indiyədək Çempionlar Liqasının finalında cəmi bir dəfə oynayıb. 2005/2006-cı illər mövsümünün finalında londonlular "Barselona"ya 1:2 hesabı ilə məğlub olublar.

“Arsenal”ın finaldakı rəqibi “Bavariya” - PSJ cütlüyünün qalibi olacaq.

Final mayın 30-da Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

23:45

“Arsenal” - “Atletiko Madrid” oyununda hesab açılıb.

45-ci dəqiqədə Bukayo Saka londonluları irəli çıxarıb.

23:00

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları start götürüb.

İdman.Biz xəbər verir ki, bu mərhələnin ilk qarşılaşmasında “Arsenal” “Atletiko Madrid”i qəbul edir.

09:26

Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları start götürəcək.

İdman.Biz xəbər verir ki, bu mərhələnin ilk qarşılaşmasında “Arsenal” “Atletiko Madrid”i qəbul edəcək.

Matça Bakı vaxtilə saat 23:00-da start veriləcək.

Qeyd edək ki, bu cüt arasında ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşmışdı.

İdman.Biz