Mateus Kunya dünya çempionatı öncəsi istirahətə göndərilib

5 May 2026 09:37
171
Mateus Kunya dünya çempionatı öncəsi istirahətə göndərilib

İngiltərənin “Mançester Yunayted” komandası və Braziliya Futbol Federasiyası Mateus Kunyanın mövsümün son üç matçında meydan çıxmaması barədə razılıq əldə edib.

İdman.Biz “ESPN Brasil” telekanalına istinadla xəbər verir ki, Braziliya yığmasının bir neçə üzvünün zədələnməsi baş məşqçi Karlo Ançelotti üçün ciddi problemlər yaradıb. Bu səbəbdən federasiya rəhbərliyi Kunyanın bud nahiyəsindəki zədədən tam bərpa olunması üçün klubdan ona istirahət verilməsini xahiş edib.

İngiltərənin “Mançester Yunayted” futbol komandası artıq mövsümün əsas hədəfinə çataraq Çempionlar Liqasına vəsiqəni təmin etdiyi üçün bu təklifi müsbət dəyərləndirib. Beləliklə, ulduz futbolçu dünya çempionatının startına bir aydan az vaxt qalmış riskə edilməyəcək.

İdman.Biz