Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” “İmişli”yə qarşı

2 May 2026 10:15
119
Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” “İmişli”yə qarşı

Bu gün futbol üzrə Misli Premyer Liqasının 30-cu turu çərçivəsində ikinci qarşılaşma “SOCAR Polymer Arena”da keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Araz-Naxçıvan” “İmişli”ni qəbul edəcək.

Oyun saat 18:30-da başlayacaq. “Araz-Naxçıvan” 40 xalla turnir cədvəlinin altıncı pilləsində yer alıb. 29 xala malik “İmişli” isə doqquzuncudur.

Misli Premyer Liqası
Üçüncü dövrə, 30-cu tur
2 may (şənbə)
18:30. “Araz-Naxçıvan” - “İmişli”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Emin Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Rəhman İmami
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“SOCAR Polymer Arena”

Qeyd edək ki, tura mayın 5-də yekun vurulacaq.

İdman.Biz