Azərbaycan Basketbol Liqası: “Sabah” “Abşeron Lions” ilə üz-üzə

29 Aprel 2026 10:34
168
Azərbaycan Basketbol Liqası: “Sabah” “Abşeron Lions” ilə üz-üzə

Bu gün Azərbaycan Basketbol Liqasında final mərhələsinə start verilir.

İdman.Biz xəbər verir ki, həlledici seriyada “Sabah” ilə “Abşeron Lions” komandaları çempionluq uğrunda mübarizə aparacaq.

Finalın ilk oyunu Bakı İdman Sarayında keçiriləcək və saat 19:00-da başlayacaq.

Qeyd edək ki, seriyada üç qələbə qazanan tərəf Azərbaycan çempionu adını əldə edəcək.

İdman.Biz