“Neftçi” “Qarabağ”a qalib gəldi, “Sabah” çempion oldu - YENİLƏNİB + VİDEO

30 Aprel 2026 21:58
1 690
“Neftçi” “Qarabağ”a qalib gəldi, “Sabah” çempion oldu

“Neftçi” - “Qarabağ”ı oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, matç 2:1 hesabı ilə Bakı klubun xeyrinə bitib.

Bu qələbə “Sabah”ı erkən çempion edib. "Qarabağ" (59 xal) "Sabah"dan (72 xal) 13 xal geri qalır və qalan 4 turda ona çatması mümkün deyil.

Beləliklə, "Sabah" ilk dəfə Azərbaycan çempionu olub.

Xallarının sayını 47-yə çatdıran “Neftçi” dördüncü pilləyə yüksəlib.

“Neftçi” sonuncu dəfə “Qarabağ”a 2021-ci ildə qalib gəlmişdi.

21:53

“Neftçi” - “Qarabağ”ı oyununda hesab dəyişib.

İdman.Biz bildirir ki, 90+1-ci dəqiqədə Bassala Sambu bakılıları irəli çıxarıb - 2:1.

21:45

“Neftçi” - “Qarabağ”ı oyununda hesab bərabərləşib.

İdman.Biz bildirir ki, 85-ci dəqiqədə Elvin Bədəlov avtoqola imza atıb - 1:1.

21:15

“Neftçi” - “Qarabağ”ı oyununda hesab açılıb.

İdman.Biz bildirir ki, 55-ci dəqiqədə Emil Səfərov Bakı klubunu irəli çıxarıb - 1:0.

21:05

“Neftçi” - “Qarabağ”ı oyununda ikinci hissə başlayıb.

İdman.Biz bildirir ki, komandalar fasiləyədək qapılara yol tapa bilməyiblər - 0:0.

20:49

“Neftçi” - “Qarabağ”ı oyununda ilk yarı başa çatıb.

İdman.Biz bildirir ki, komandalar fasiləyədək qapılara yol tapa bilməyiblər - 0:0.

20:00

Misli Premyer Liqasının 21-ci turunun təxirə salınmış oyununda “Neftçi” “Qarabağ”ı qəbul edir.

İdman.Biz xəbər verir ki, oyun “Palms Sports Arena”da keçirilir.

19:14

“Neftçi” Misli Premyer Liqasının 21-ci turunun təxirə salınmış oyunu çərçivəsində “Palms Sports Arena”da “Qarabağ”ı qəbul edir.

İdman.Biz xəbər verir ki, komandalar saat 20:00-da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Neftçi”: 1. Emil Balayev 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 7. Emil Səfərov 77. Falaye Sako 6. Sessi Dalmeyda 5. İqor Ribeyro 33. Breno Almeyda 11. İmad Faraj 10. Freddi Varqas 22. Luis Ortis

Ehtiyat oyunçular: 13. Kenan Piriç 91. Nurəziz Əzizov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 24. Mustafa Sek 18. İfeanyi Metyu 9. Bassala Sambu 70. Andrey Ştoqrin 23. Cordan Rezabala 28. Alessio Kurçi

Baş məşqçi: Yuri Vernidub

“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 17. Kamilo Duran

Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 77. Ramil Şeydayev 22. Musa Qurbanlı 32. Hikmət Cəbrayılzadə 21. Aleksey Kaşuk 35. Pedro Bikalyo 11. Emmanuel Addai 24. Jeremi Qnali

Baş məşqçi: Qurban Qurbanov

09:51

Bu gün futbol üzrə Misli Premyer Liqasının 21-ci turunda təxirə salınmış “Neftçi” - “Qarabağ” matçı baş tutacaq.

İdman.Biz xəbər verir ki, oyun “Palms Sports Arena”da, saat 20:00-da start götürəcək.

Görüşün baş hakimi Kamranbəy Rəhimov olacaq.

“Neftçi” 44 xalla turnir cədvəlində beşinci pillədə qərarlaşıb. “Qarabağ” isə 59 xalla ikinci yerdədir.

Qeyd edək ki, aprelin 26-da, 29-cu turun matçında “Qarabağ” rəqibini 5:1 hesabı ilə üstələyib.

İdman.Biz
Məqalədə: