“Neftçi”nin məşqçi və futbolçu heyəti üçün hakim qaydalarına dair seminar keçirilib - FOTO

17 Noyabr 2026 14:55
32
“Neftçi”nin məşqçi və futbolçu heyəti üçün hakim qaydalarına dair seminar keçirilib

“Neftçi”nin əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə “Neftçi” Peşəkar Futbol Klubu məlumat yayıb.

Bildirilib ki, “Palms Sports” Futbol Mərkəzində təşkil olunan tədbir AFFA-nın Hakim-inspektorlar komitəsinin üzvü, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev və Hakimlər komitəsinin mütəxəssisi Orxan Məmmədovun iştirakı ilə baş tutub.

Seminarda komandamızın üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib, maarifləndirici videolar təqdim olunub.

İdman.Biz