U-20 futbol millimiz bu gün İraqla qarşılaşacaq

17 Noyabr 2026 12:15
39
U-20 futbol millimiz bu gün İraqla qarşılaşacaq

Noyabrın 9-dan Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlığını Bakıda davam etdirir.

İdman.Biz xəbər verir ki, Rui Jorjenin çalışdırdığı kollektiv bu gün İraq yığması ilə yoxlama matçında üz-üzə gələcək.

Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, komandalar noyabrın 20-də daha bir yoxlama oyununda qarşılaşacaqlar. Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq matç saat 16:00-da start götürəcək.

İdman.Biz