U-21 futbol millimiz Omanla növbəti dəfə üz-üzə gələcək

17 Noyabr 2026 11:23
45
U-21 futbol millimiz Omanla növbəti dəfə üz-üzə gələcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Oman U-23 yığması ilə ikinci yoxlama oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Rəşad Eyubovun baş məşqçisi olduğu komanda rəqibi ilə yenidən “Bank Respublika Arena”da qarşılaşacaq.

Görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, komandalar noyabrın 14-də keçirilən ilk oyunda da üz-üzə gəliblər. Həmin qarşılaşmada millimiz 2:1 hesabı ilə qalib gəlib. Yığmamızın hər iki qolunu Niyazi Osmanov vurub.

İdman.Biz
Məqalədə: